Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
“Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
Tam səmimi etiraf edim ki, mən, 6-7 il öncəyə qayıtmaqdan hər zaman qorxmuşam...
Qorxmuşam, indi gördüyümüz gerçəklər yuxu olar. Qorxmuşam, hazırkı xoşbəxtliyə geridönüş olmaz. Qorxmuşam, 27 sentyabr bir də heç vaxt gəlməz. Qorxmuşam, yenə Qarabağsız qalarıq...
Xatırinizdədirmi, müharibədən əvvəlki yaxın keçmiş? Əsas da 2012-2020 arasındakı dövr?
Həmin illər ərzində nələr baş vermədi ki?! Beynəlxalq güclər, daxildəki radikal-marjinal qruplar, həyasız ünsürlər, hətta hakimiyyətin öz içindəki bəzi buqələmunlar nə oyunlardan çıxmadı ki?
Gah, əleyhimizə Qətnamələr sıralandı. Gah, sanksiyalarla hədələndik. Gah, hansısa senatorun ifasında hüquq və demokratiya barədə saxta moizələr dinləməyə məcbur qaldıq. Gah, “Milyarderlər İttifaqı” yarandı. (Daha dəqiq desəm: yaradıldı!) Gah, ortalıqda, qəfil, anidən “söyüş müxalifəti” zühur etdi. Gah, “araşdırmaçı jurnalistika” adı altında xüsusi – missioner qrup meydana buraxıldı.
Xatirinizdədirmi, həmin 8 il aralığında Prezident və Parlament seçkiləri öncəsi?!
Sizcə niyə növbədənkənar seçkilərə gedildi? Niyə operativ-siyasi qərar(lar) qəbul edildi?!
Çünki müxtəlif aspektli (çalarlı) təxribatlar barədə dəqiq məlumatlar vardı və bunun qarşısı necə isə alınmalı idi. Çünki Azərbaycanı mövcud Ukraynanın gününə salmaq istəyənlərin sayı 1 yox, 3 yox, bəlkə də 5 idi! Çünki hətta ölkəmizdə qərarlaşan bəzi diplomatik korpus nümayəndələri belə həmin vaxt tam fərqli tezislərlə, təlimatlarla “silahlandırılmışdılar”
Çünki Azərbaycana və İlham Əliyevə zərbə vurmaq üçün böyük bir komanda səfərbər olunmuşdu!
Xatirinizdədirmi, Mehman Hüseynovun həbsi və həmin həbsə beynəlxalq reaksiya?!
Bəli. Nonsensdir. Absurddur. Amma (nə təəssüf) həm də faktdır: Hətta o “küçə uşağı”nın, “ağzıqara gədə”nin üzərindən belə dövlətin, hakimiyyətin üstünə gəldilər. Hücuma keçdilər. Öz də əməlli-başlı hücuma keçdilər. Dayanmadılar. Sosial şəbəkələri “yemlədilər”. Qısa müddətdə saxta, xaotik mitinq elektoratı formalaşdırmağa cəhd etdilər...
Bir o qalmışdı ki, BMT-nin Baş Katibi, Avropa Şurasının və İttifaqının Prezidentləri açıq mətnlə bəyanat versin...
***
Yaxşı bəs səbəb?! Və ya: Səbəblər toplusu?
Niyə məhz (yuxarıda vurğuladığım) həmin 8 ildə təzyiqlər daha da artdı?
Niyə Azərbaycan, onun Lideri məhz həmin müddətdə daha qlobal şər və böhtan kampaniyası ilə üzbəüz qaldı?
Niyə ölkəmizə qarşı planlanan iyrəncliklərin, ədalətsizliklərin böyük qismi məhz həmin dönəmə təsadüf etdi?
Çünki duyuq düşmüşdülər...
Çünki Azərbaycanı heç zaman bütöv görmək istəməyən qüvvələr, şəbəkələr, dövlətlər və ələlxüsus da həmin dövlətlərin xüsusi xidmət orqanları məsələdən agah idilər. Anlayırdılar. Dərk edirdilər... Ki, İlham Əliyevi dayandıra bilməsələr, onun atdığı müstəqil addımların qarşısını ala bilməsələr, Böyük Zəfər bu gün-sabahlıqdır!
Çünki suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!
Fəqət... Sonucda bütün yaramazlar, yaramazcıqlar və yaramaza quyruq bulayanlar məhv oldu, məğlub oldu, rüsvay oldu!
Xalqımız nəyi arzulamışdısa, mənim ləyaqətli Prezidentim necə demişdisə, elə oldu...
27 sentyabr, 8 noyabr gerçək oldu!
***
Təşəkkürlər, Ali Baş Komandan!
Təşəkkürlər, bütün düşmənlərin öhdəsindən eyni anda gələ bildiyiniz üçün!
Təşəkkürlər, bu qədər yükü çiyinlərinizdə illər uzunu, əzmlə daşıya bildiyiniz üçün!
Təşəkkürlər, bütövlüyümüz, tamlığımız, müstəqilliyimiz üçün!
Təşəkkürlər, Varlığınız üçün!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri






















































