18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
İnsan Hüquqları Müdafiəsi — “Defending Human Rights” şirkətinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Əhmədov Ədalət Füzuli oğlunun məhkəmə prosesində iştirak edib.
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov məhkəmə prosesi ilə bağlı mövqeyini bildirərək qeyd edib ki, proses onun müşahidəsinə əsasən obyektivlik, şəffaflıq və ədalət prinsipləri çərçivəsində keçirilib.
İsmayıl Zalovun sözlərinə görə, məhkəmə prosesində tərəflərin mövqelərinə diqqətlə yanaşılması, hüquqi prosedurlara riayət olunması və humanizm prinsiplərinin nəzərə alınması məhkəmə prosesinin əsas xüsusiyyətlərindən olub.
Beynəlxalq hüquq müdafiəçisi vurğulayıb ki, hüquqi dövlətin əsas dayaqlarından biri məhkəmələrin qanun əsasında, müstəqil və ədalətli fəaliyyət göstərməsidir. Onun fikrincə, məhkəmə prosesləri ilə bağlı hər hansı fikir səsləndirilərkən konkret prosesin gedişinə və hüquqi faktlara əsaslanmaq vacibdir.
İsmayıl Zalov həmçinin qeyd edib ki, cinayət və ya digər hüquqi məsuliyyət məsələsində yekun qiyməti yalnız qanunun müəyyən etdiyi qaydada məhkəmə verə bilər. Buna görə də məhkəmə qərarı qüvvəyə minmədən hər hansı şəxsin günahkar kimi təqdim edilməsi hüquqi baxımdan düzgün yanaşma deyil.
O, hüquqi proseslər ətrafında əsassız ittiham və qarayaxma xarakterli yanaşmalardan çəkinməyə çağıraraq bildirib ki, cəmiyyətdə hüquqa, məhkəməyə və qanunun aliliyinə hörmət əsas prinsip olaraq qorunmalıdır.
Ədalət faktlara, qanuna və hüquqa söykənir. Məhkəmə zalında isə ən mühüm meyar qanunun aliliyidir.
ARHD.MEDİA






















































