Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

08 Yanvar 2023 20:08Hadisə

FHN: Abşeron rayonunda binada baş vermiş yanğın tam söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Abşeron rayonunun Məmmədli kəndindəki yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğını tam söndürüblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib.

FHN-in qüvvələri yanğın zamanı bina sakinlərinin təxliyəsini həyata keçiriblər. Həmçinin FHN-in qüvvələri tərəfindən binanın birinci mərtəbəsindəki mağazadakı malların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə çıxarılaraq daşınması təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır