Xəbər Lenti
10-05-2025, 16:40
AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
10-05-2025, 16:30
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Zöhrə Adgözəlovanın doğum günüdür.
10-05-2025, 15:27
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
10-05-2025, 13:31
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
10-05-2025, 13:18
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
10-05-2025, 12:12
Nazim Eynallı: Müasir Azərbaycan dövlətçiliyinin banisi, unudulmaz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunur
10-05-2025, 09:15
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: "Heydər Əliyev Fəlsəfəsi- Güclü Dövlət, Firavan Xalq".
9-05-2025, 19:28
İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
DİN Zəfər Günü ilə bağlı mərasim keçirdi

Noyabrın 5-də Akademik Milli Dram Teatrında Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.
Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Zəfər Günü ilə əlaqədar tədbir iştirakçılarına ünvanladığı təbrikləri və xoş arzuları onların nəzərinə çatdırılıb.
Mərasimdə çıxış edən Daxili Qoşunlar komandanının müavini, general-mayor İnqilab Muradov DİN hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Şəxsi heyətin Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən məruzəçi torpaqların azad olunması zamanı 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 nəfərin “Vətən Müharibəsi Qəhrəmanı” adınna layiq görüldüyünü, minlərlə əməkdaşın isə orden və medallarla təltif olunduğunu qeyd edib.
Daha sonra çıxış edən DİN-in İdarə rəisi, polis polkovniki Elçin Məmmədli qeyd edib ki, hərbi qulluqçularımız və polis əməkdaşları bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.
Tədbirin davamında çıxış edənlər - Daxili İşlər Nazirliyinin “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsinin komandiri, “Zəfər” ordenli kapitan Anar Mahmudov, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş Hacıqabul Rayon Polis Şöbəsinin bölük komandiri, polis mayoru Elçin Bəhmənov, “Şuşanın azad olunması” medalı ilə təltif edilmiş DİN-in Əlahiddə Çevik Polis Alayının polis nəfəri, kiçik serjant Kənan Sultanov və digərləri istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən Müharibəsində DİN hərbi qulluqçularının və polis əməkdaşlarının ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşmənə qarşı mətinliklə döyüşdüklərini bildiriblər. Çıxışçılar bu gün işğaldan azad olunan ərazilərdə DİN əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini qeyd ediblər.
Tədbirin sonunda “Zəfər yolu” tamaşası nümayiş etdirilib.