VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
"Xezertv.info" xəbər verir ki, AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva Zəfər Gününün tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından danışıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik məqamına yüksələn vətən övladlarının əziz xatirəsinin heç zaman unudulmayacağını diqqətə çatdıran professor qazilərə və veteranlara can sağlığı arzulayıb. Zəfərdə payı olan hər kəsi bu gün münasibətilə səmimi qəlbdən təbrik edib.
Sonda direktor İnstitutun əməkdaşı, müharibə veteranı Fərid Nəsirullayevi Zəfər Günü münasibəti ilə təbrik edib, Vətən müharibəsində fəal iştirakına və institutdakı fəaliyyətinə görə fəxri fərmanla təltif edib.

























































