Xəbər Lenti
20-03-2026, 23:28
“Shirvan Operating Company Ltd” əməkdaşlarına Novruz və Ramazan münasibətilə nümunəvi sosial dəstək təşəbbüsü
19-03-2026, 11:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 12:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Ramazan ayında toy etmək olar?
Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir.
Müqəddəs Ramazan ayında çoxlarını maraqlandıran və müzakirə mövzusu olan bir sual olur. Bu günlərdə toy etmək olarmı?
Məsələ ilə bağlı açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Ramazan ayında toy etmək olar.
"Bir şərtlə ki, gündüz süfrə açmamaq lazımdır. Yemək iftarda verilməlidir. Ramazan ayında şərti ilə toy etmək olar. İftardan əvvəl isə insanları toya dəvət etmək məqbul sayılmır. Belə məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil olunması tövsiyə olunur. Toy etmək özü də bir ibadətdir. Bir ailə qurulur. Ramazan ayında ailə qurmaq böyük savabdır",- deyə ilahiyyatçı bildirib.























































