Vətənpərvər insan, keçmiş Quba Rayon İcra Başçısı Rauf Həbibov: "Dövlətə sədaqət andı, elin adamı"
Azərbaycanın Xalq Artisti Yevgeniya Nevmerjitskaya – 60 illik səhnə yubileyi təntənə ilə qeyd olundu. VİDEO
Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov: “Peşəkarlıq və sağlamlığın keşikçisi”
İctimai xadim Pərvanə İmamquliyeva: “Almaniyada Azərbaycan diasporu Vətən Azərbaycana sədaqət nümayişi”.
Şahin Mustafayev: "Azərbaycan, İran və Rusiya rəsmiləri sabah infrastruktur obyektlərinə baxış keçirəcəklər"
Şahin Mustafayev: "2028-dən Şimal-Cənub dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq"
Bakıda 93 ölkənin hakimlərini bir araya gətirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası keçirilir.
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova təhsil ocağını öz “qanunları” ilə idarə edir? FAKT/İDDİA
Şəhid leytenant Teymur Abbasovun anım günü məzun olduğu S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında qeyd edilib.
Qərbi Azərbaycan Xronikası: "İran" adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var"
Pakistanın baş naziri Əfqanıstanla sərhəddə baş vermiş silahlı toqquşmalardan danışıb
Gürcüstan ərazisinə daxil olmamış şəxslərin sığınacaq müraciətləri bundan sonra birbaşa sərhəddə araşdırılacaq.
Baku.ws-in 20 yaşı tamam oldu
Bu gün - 5 yanvar Baku.ws saytının fəaliyyətə başlamasından 20 il ötür.
Baku.ws yarandığı ilk günlərdən məhdud kollektiv və imkanlarla ölkənin internet resursları arasında öz sözünü deməyi bacarıb. Peşəkarlıq və operativlik yarandığı ilk günlərdən Baku.ws-ə populyarlıq qazandırıb.
Bu gün sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərən ən oxunaqlı, operativ və etibarlı xəbər istehsalçılarından biridir. Baku.ws-də Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbər, analitik yazı, reportaj, müsahibə və araşdırmalar, eyni zamanda regionda və dünyada baş verən ən son xəbərləri izləmək mümkündür.
Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Baku.ws 20 il ərzində Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayır.
Baku.ws Azərbaycanın “Instagram” seqmentində də öz sözünü demiş, ən oxunaqlı və etibarlı səhifə adını qazanıb. 1,1 milyon izləyicisi olan Baku.ws “Instagram” səhifəsi ölkə seqmentində ilk və yeganə rəsmi xəbər səhifəsidir.
Azərbaycanda təşkil olunan xeyriyyə aksiyaları saytın daim diqqətində olub. Baku.ws 20 il ərzində bir çox xeyriyyə aksiyalarına qatılıb, ehtiyaclı və aztəminatlı insanlara dəstək olub və onların problemlərinin həllində yaxından iştirak edib.
Baku.ws 20 il ərzində bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.
Oxu.Az kollektivi həmkarlarını təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edir.