Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dünən, 08:47

Neftimiz bahalaşdı

9 May – Qələbə Günü
9-05-2025, 16:25

9 May – Qələbə Günü

QƏLPƏ YADDAŞI
8-05-2025, 20:03

QƏLPƏ YADDAŞI

ŞƏHİDLİYƏ GEDƏN YOL...
8-05-2025, 19:58

ŞƏHİDLİYƏ GEDƏN YOL...

19 Aprel 2022 12:37Manşet / Cəmiyyət

Sabah temperatur 29 dərəcəyədək yüksələcək

Sabah temperatur 29 dərəcəyədək yüksələcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.