Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dünən, 08:47

Neftimiz bahalaşdı

9 May – Qələbə Günü
9-05-2025, 16:25

9 May – Qələbə Günü

QƏLPƏ YADDAŞI
8-05-2025, 20:03

QƏLPƏ YADDAŞI

ŞƏHİDLİYƏ GEDƏN YOL...
8-05-2025, 19:58

ŞƏHİDLİYƏ GEDƏN YOL...

19 Aprel 2022 12:34Manşet / Cəmiyyət

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 20-si günün ikinci yarısı qərb rayonlarından başlayaraq 21-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.