Xəbər Lenti
Dünən, 16:40
AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
Dünən, 16:30
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Zöhrə Adgözəlovanın doğum günüdür.
Dünən, 15:27
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
Dünən, 13:31
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
Dünən, 13:18
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
Dünən, 09:15
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: "Heydər Əliyev Fəlsəfəsi- Güclü Dövlət, Firavan Xalq".
9-05-2025, 19:28
İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
9-05-2025, 19:27
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
9-05-2025, 19:25
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Heydər Əliyev və Azərbaycan qadını – Qürur və inamın təcəssümü”
9-05-2025, 19:20
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
9-05-2025, 19:10
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Heydər Əliyev – Müasir Azərbaycan səhiyyəsinin memarı”
9-05-2025, 17:35
Mediland hospital kardiologiya şöbəsinin müdiri, İntervensiyon kardioloq Dr. Vüqar Zamanov: "Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsindəki irsi".
9-05-2025, 13:55
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov: “Ulu Öndər Heydər Əliyev – çağdaş səhiyyəmizin banisi”
9-05-2025, 13:47
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
Daşkənddə 28 May – Müstəqillik Günü qeyd edilib
Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində Azərbaycan diasporunun 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbiri keçirilib.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, mədəniyyət mərkəzlərinin rəhbərləri və media mənsubları iştirak ediblər.
Tədbirə videobağlantı ilə qatılan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov soydaşlarımızı ölkəmizin Müstəqillik Günü münasibətilə təbrik edib. Ölkələrimiz arasında qarşılıqlı münasibətlərin qədim tarixə malik olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini, bu ölkədə Azərbaycan diasporunun uğurlu fəaliyyətinə şərait yaradıldığını bildirən DİDK sədri xatırladıb ki, 44 günlük Vətən müharibəsi dövründə də Özbəkistan Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. “Bizi ümumi dil, din, adət-ənənələrimiz və tariximiz birləşdirir. Ötən əsrin 30-cu illərində baş verən kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün azərbaycanlılar Özbəkistanın sosial, iqtisadi, ictimai və digər sahələrində uğurla çalışmaqdadırlar”, - deyə komitə sədri əlavə edib.
Tədbirdə RAMMM-ın sədri Firdovsi Hüseynov, Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustam Kurbanov və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxış ediblər. 104 il öncə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində ilk dünyəvi, demokratik respublika olduğu, qısa müddət ərzində həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verilib. AXC-nin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışan natiqlər ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla vurğulayıblar.
Sonra Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədovun rejissoru olduğu “Müstəqil Azərbaycanın salnaməsi” sənədli filmi göstərilib.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında Azərbaycanı vəsf edən şeirlər, müğənnilər Yusif Əliyev, Rəna Əzizova və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının ifasında muğam, xalq mahnıları və milli rəqslər təqdim edilib.
Tədbir çərçivəsində Azərbaycan həsr olunmuş kitablar, Qarabağın milli kişi və qadın geyimləri, milli suvenirlər nümayiş etdirilib.