Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

21 Ağu 08:36Manşet / Gündəm / Siyasət

Serbiya prezidenti Ərdoğanla son görüşünü yüksək qiymətləndirib

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Budapeştdə baş tutan görüş Serbiya-Türkiyə münasibətlərinin möhkəmlənməsi prosesində növbəti addımdır”.

Bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç bəyan edib.

Onun sözlərinə görə, Ərdoğanla ikitərəfli və regional aktual məsələlər ətrafında mühüm və açıq söhbət olub.

Serbiya tərəfi üçün Ankara ilə mümkün olan ən yaxşı münasibətləri saxlamaq vacibdir və bu görüş qarşılıqlı maraq doğuran bütün sahələrdə onsuz da yaxşı olan Serbiya-Türkiyə əməkdaşlığının gücləndirilməsi istiqamətində növbəti addım idi.

O əlavə edib ki, Türkiyə prezidenti ilə regionda sülhün və sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər.