Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Dənizçilərin nəzərinə!
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır şəhadətnamələrin təhvil verilməsi 19 avqust 2024-cü il tarixindən etibarən “Bakı KOB evi”ndə təşkil olunacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, məqsəd Agentlikdə həyata keçirilən islahatların davamı olaraq operativlik, şəffaflıq, peşəkarlıq səviyyəsinin artırılması, vətəndaşların vaxt itkisinin azalması, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Belə ki, Agentlik tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın, habelə müvafiq sahə üzrə milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla “Bakı KOB evi”ndə aşağıdakı xüsusi hazırlıq kursları üzrə müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi təmin ediləcək:
– “Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya” (yalnız gəmilərin sıravi heyət üzvləri üçün);
– “Gəmidə ilk tibbi yardım”;
– “Gəmidə tibbi nəzarət”;
– “İzdihamın idarə olunması üzrə hazırlıq”;
– “Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq”;
– “Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq”;
– “Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat”;
– “Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı”;
– “Gəmi mühafizəsi üzrə məsul şəxs”.
Dənizçilərdən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
– Şəxsiyyəti təsdiq edən sənəd;
– Peşəsi haqqında nəzəri və ya işçi diplom;
– Dövlət Dəniz və Liman Agentliyi tərəfindən uyğunluq haqqında Şəhadətnamə verilmiş tibb müəssisələrindən sağlamlıq haqqında arayış (dənizçinin tibbi sertifikatı);
– Yenilənməsi üçün müraciət edilən xüsusi hazırlıq şəhadətnaməsi;
– Ümumvətəndaş pasportu (yalnız xarici sularda üzən dənizçilər üçün);
– Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz);
– Üzmə haqqında arayış (müvafiq təyinatlı gəmidən son 5 ildə 12 aylıq və ya son 6 ayda 3 aylıq), gəmilərdə işlərə cəlb olunan qeyri-dənizçilər və ya sənaye işçiləri üçün iş yerindən müvafiq sahə üzrə arayış (12 aylıq).
Qeyd edilən tarixədək adıçəkilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi Agentliyin inzibati binasında həyata keçiriləcək.























































