Xəbər Lenti
Dünən, 16:40
AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
Dünən, 16:30
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Zöhrə Adgözəlovanın doğum günüdür.
Dünən, 15:27
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
Dünən, 13:31
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
Dünən, 13:18
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
Dünən, 09:15
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: "Heydər Əliyev Fəlsəfəsi- Güclü Dövlət, Firavan Xalq".
9-05-2025, 19:28
İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
9-05-2025, 19:27
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
9-05-2025, 19:25
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Heydər Əliyev və Azərbaycan qadını – Qürur və inamın təcəssümü”
9-05-2025, 19:20
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
9-05-2025, 19:10
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Heydər Əliyev – Müasir Azərbaycan səhiyyəsinin memarı”
9-05-2025, 17:35
Mediland hospital kardiologiya şöbəsinin müdiri, İntervensiyon kardioloq Dr. Vüqar Zamanov: "Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsindəki irsi".
9-05-2025, 13:55
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov: “Ulu Öndər Heydər Əliyev – çağdaş səhiyyəmizin banisi”
9-05-2025, 13:47
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
Bu bankın lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Naxçıvan Bank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış "E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Qaynarinfo bu barədə AMB-yə istinadən xəbər verir.
"Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən, "Naxçıvan Bank”ın maliyyə göstəriciləri qənaətbəxş olub, onun likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib. Beləliklə, bankın BOKT-a çevrilməsi onun səhmdarlarının qəbul etdiyi biznes qərarından irəli gəlib və Qaydalar əsasında həyata keçirilib. Bununla bağlı 22 may 2024-cü il tarixində AMB Qaydalarla nəzərdə tutulmuş formada "Naxçıvan Bank”a qabaqcadan razılıq verib. Yenidən təşkil çərçivəsində "Naxçıvan Bank” öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planını təsdiq edərək icrasına başlayıb, kreditorlarını bu barədə məlumatlandırıb. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858 manat ekvivalenti) AMB-yə açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəlikləri isə bank icra edib.
AMB-yə açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543 manat ekvivalentində) və 1 918 fiziki şəxsə (cəmi 270 520 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə bu gündən AMB-nin Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bül-Bül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər.
AMB-nin qərarı ilə "Naxçıvan Bank”ın lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan "E-Kredit " BOKT-a keçib. Kredit təşkilatı öz fəaliyyətini "Naxçıvan Bank”ın əvvəlki hüquqi ünvanında (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirəcək.