Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

12 Nis 15:17Manşet / Siyasət

Medvedevin sensasion bəyanatı: “Crocus” terroru, ASALA və Yelisey sarayı...

 

Martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb.

Hadisənin gedişatı isə hər kəsə məlumdur. Onlarla günahsız qurban, yaralılar...

Təbii ki, bu cür rezonans doğuran hadisəni, terror aktını yalnız bu prizmadan qiymətləndirmək, radikal qrupların təşəbbüsü kimi görmək sadəlövhlük olardı. Bu mənada “Crocus” terrorunun pərdəarxası məqamlarını görmək və hadisənin əsl günahkarlarını, əlində silah olmayan kostyumlu şəxsləri araşdırıb ortaya çıxarmaq, bu şəxslərin təmsil etdiyi güclərin oyunlarını sezmək və ifşa etmək gərəklidir.

Elə bu yoldan irəliləyərək xüsusi bir məqamı diqqətdə saxlamaq lazımdır. Bu məqam bizə hadisənin əsl mahiyyətini tam olmasa da, müəyyən qədər açmağa və əsl müqəssirləri tanımağa imkan verə bilər.

Aprelin 6-da Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedevin terror aktına dair açıqlaması bütün dünyada ən azı bu amansız cinayət qədər geniş müzakirə mövzusuna çevrildi, rezonans doğurdu:

“Moskva vilayətində “Crocus City Hall”da terror aktını törədənlər primitiv muzdlu qatillərdir. Makron və bir sıra digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır”.

Göründüyü kimi primitiv muzdlu qatillərin bu cinayətdə sadəcə adi, cılız fiqurlar olduğunu D.Medvedev də qeyd edir. Əsas sensasion məqam isə birbaşa olaraq cinayətin, bəşəriyyətə qarşı törədilmiş qanlı əməlin əsas sponsorunun Makron, Fransa olduğunun ifşa edilməsidir.

Yəqin ki, D.Medvedev kimi Rusiya rəhbərliyinin ən nüfuzlu simalarından birinin dilindən hansısa şayiə və ya fərziyyənin ifadə edilməsindən söhbət belə gedə bilməz. Məsələnin həssaslığı nəzərə alındıqda Kremlin D.Medvedevin dili ilə uydurmalara əsaslanaraq fikir bildirməsi ən azı inandırıcı görünmür. Görünür, D.Medvedevin açıqlaması Rusiyanın kifayət qədər geniş şəbəkəyə sahib və dünyanın istənilən yerindən informasiya toplamaq iqtidarında olan kəşfiyyat bölmələrinin məxfi məlumatlarına əsaslanır. Yəni, bu çıxış mahiyyətcə ittiham xarakteri daşımır, əksinə cinayətkarın birbaşa ifşasıdır.

“Crocus” terroru ilə bağlı başqa bir diqqətçəkən məqam isə hədəf kimi məhz Azərbaycan əsilli iş adamlarına məxsus konsert zalının seçilməsidir. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti heç kimə sirr deyil. Xüsusən son dövrdə Cənubi Qafqazda söz sahibi olmağa cəhd göstərən Fransa bu regionda qüvvələr balansını dəyişməyə çalışır. Buna isə Azərbaycan və Rusiya arasında istənilən gərginliyi yaratmaqla nail olmağı planlaşdırır. Elə “Crocus” terrorunda da motivlərdən biri məhz Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək olub. Təbii ki, Rusiyada dini və etnik zəmində nifaq yaratmaq təşəbbüsü, ümumən din amilinin önə çıxarılması da yuxarıda sadalanan fikirləri qüvvətləndirir.

Üstəlik, Fransa terrorla sıx əlaqələri olan, keçmişi bəşəriyyətə qarşı ağır cinayətlərlə dolu olan bir ölkədir. Afrikadakı müstəmləkələrində törətdiyi vəhşiliklər, soyqırımı və qətllər, ona qarşı çıxan, soyqırımı, etnik təmizləmə siyasətini qəbul etməyən siyasətçilərin öldürülməsi Fransanın heç zaman humanist dövlət imici formalaşdırmasına imkan tanımayacaqdır. Terrora gəlincə, yəqin ki, Suriyada fəaliyyət göstərən “Lafarge” şirkətinin İŞİD terror qruplaşması, həmçinin YPG/PKK ilə əlaqələrini unutmaq olmaz.

Bu əlaqələr ən açıq şəkildə Türkiyənin “TRT World” kanalının efirində yayımlanan sənədli filmdə ifşa olunub. Elə Türkiyə kəşfiyyatı da yanvar ayında bu şirkətin tabeliyindəki müəssisələrdən birində terrorçulara məxsus hissəni darmadağın etməklə növbəti dəfə Fransanın riyakar mahiyyətini, dövlətin terroru maliyyələşdirməsini, himayədarlıq etməsini gün üzünə çıxarıb.

Fransanın terror arxivi təkcə bununla da bitmir. Dünya tarixinin ən iyrənc cəlladları, əli yüzlərlə dinc insanın qanına batmış ASALA terror qruplaşmasının əsas ocaqlarından biri məhz Fransadır. Bu ölkə tarixən ASALA terrorçularının at oynatdığı məskən kimi yadda qalıb.

Erməniləri öz əməllərində alət kimi istifadə etməyə vərdiş etmiş Fransa bu mənada Ukraynadakı savaşdan da istifadə edir. Mətbuatda Parisin Qarabağ ermənilərindən ibarət legion yaratması və onları döyüşə yollamağa çalışdığına dair də çoxsaylı informasiyalar mövcuddur.

Göründüyü kimi Paris heç də terrorla gizli əlaqələr saxlamaq zərurəti də hiss etmir. Bu dövlətin əsrlər boyu idarə olunduğu anlayış öz maraqları naminə istənilən cinayəti qəbul edir, terror təşviq etməkdən çəkinmir, bununla belə utanmadan dünyaya “demokratiya” dərsi keçməyə çalışır.

Sonda daha bir məqamı nəzərdən keçirmək yerinə düşər. Yuxarıda da qeyd etdiyimiz kimi Fransanın Cənubi Qafqazla bağlı planları getdikcə daha konkret konturlara sahib olur. Paris regionda Ermənistandan istifadə etməklə güc qazanmağa, hər hansı söz haqqına sahib çıxmağa cəhd göstərir. Ona görə də Azərbaycanla Ermənistan arasındakı sülh prosesi, danışıqlar Fransanın maraqları ilə üst-üstə düşmür. Fransanın Ermənistanı silahlandırması və revanşist qüvvələri şirnikləndirməsi də Yelisey sarayında qurulmuş həmin planın tərkib hissəsidir.

Fransanın regiondakı destruktiv rolunu məhz bu gün baş vermiş hadisə fonunda da dəyərləndirmək olar. Belə ki, şərti sərhəddə baş vermiş insidenti nəzərdən keçirək.

Azərbaycanın məsələyə təmkinli yanaşması sonda öz bəhrəsini verdi və diplomatik müstəvidə Azərbaycan növbəti qələbəsini qazandı. Meydanda olduğu kimi masada da qüdrətli tərəf olan ölkəmiz İrəvanı növbəti dəfə tərbiyyə etdi. Fransanın müdaxiləsi, fitnəsi olmadıqda, İrəvanın beynəlxalq hüquqa uyğun davranmaqdan başqa çıxış yolunun olmadığı yenidən göstərildi.

Belə ki, Ermənistan Azərbaycan sərhədçilərinə atəş açmış hərbçilərə cinayət işi açdı. Təsəvvür edirsiniz? Bir zamanlar az qala bu əmələ görə qəhrəman elan ediləcək şəxslər, indi qanun qarşısında əməllərinə görə cavab verməli olacaqlar. Bütün bunlar isə heç də Ermənistanın dövlət kimi ənənələrindən irəli gəlmir.

Burada təxribata qarşı Azərbaycan istənilən cavab hüququnu özündə saxlayırdı. Lakin rəsmi Bakı təmkin nümayiş etdirdi, gözlənti ondan ibarət idi ki, Ermənistan məsələni araşdırsın və səhvini bəyan etsin.

Region ölkələrini təkbaşına qoyduqda dialoq yolu ilə istənilən problemin həlli mümkün görünür. Ancaq kənar müdaxilələr bu prosesə ciddi əngəl törədirlər. Məsələn, son altı ay ərzində Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə cəmi iki insident qeydə alınıb. Maraqlıdır ki, hər iki halda Fransanın təsiri, təhriki birmənalı olaraq hiss edilib.

Fransanın Cənubi Qafqaza ayaq açmaq cəhdləri iflasa məhkumdur. Ən azı son nümunə onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərinə qarışan olmasa məsələlər normal məcrasında həll oluna bilər.

Mənbə: Oxu.az