AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Zöhrə Adgözəlovanın doğum günüdür.
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: "Heydər Əliyev Fəlsəfəsi- Güclü Dövlət, Firavan Xalq".
İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Heydər Əliyev və Azərbaycan qadını – Qürur və inamın təcəssümü”
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Heydər Əliyev – Müasir Azərbaycan səhiyyəsinin memarı”
Mediland hospital kardiologiya şöbəsinin müdiri, İntervensiyon kardioloq Dr. Vüqar Zamanov: "Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsindəki irsi".
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov: “Ulu Öndər Heydər Əliyev – çağdaş səhiyyəmizin banisi”
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
Zaxarova ABŞ-nin “Crocus City Hall”da istintaqda iştirakı ilə bağlı danışdı: “Bacarmayacaqlar…”
“ABŞ İŞİD terror qruplaşmasının “Crocus City Hall”da törədilən terror aktında iştirakı barədə fikirləri ilə istintaqı yanlış istiqamətə yönəldə bilməyəcək”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aif.ru saytına müsahibəsində deyib.
“Biz görürük ki, ABŞ müxtəlif kanallar vasitəsilə dünya ictimaiyyətini İŞİD-in Əfqanıstan qolu olan “Vilayət Xorasan” tərəfdarlarının Krasnoqorskdakı terror aktında əli olduğuna inandırmağa çalışır”, - deyə Zaxarova bildirib.
O, eyni zamanda əlavə edib ki, Vaşinqton bu qanlı cinayətin təhqiqatında iştirak etmir, ona görə də nəinki istintaqı yanlış yola yönəltmək, hətta onun gedişatına da hər hansı təsir göstərə bilməyəcək.
Mariya Zaxarova onu da bildirib ki, ABŞ-nin hərəkətləri himayəsində olanları “təmizə çıxarmaq” məqsədi daşıyır.
“Onlar ilk növbədə şübhələri özlərindən yayındırmaq üçün Kiyev rejimini sözün əsl mənasında sipər edirlər”, - deyə o vurğulayıb.
Mənbə: Oxu.az