Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dünən, 08:47

Neftimiz bahalaşdı

9 May – Qələbə Günü
9-05-2025, 16:25

9 May – Qələbə Günü

QƏLPƏ YADDAŞI
8-05-2025, 20:03

QƏLPƏ YADDAŞI

ŞƏHİDLİYƏ GEDƏN YOL...
8-05-2025, 19:58

ŞƏHİDLİYƏ GEDƏN YOL...

20 Yanvar 2024 13:37Manşet / İqtisadiyyat

Bir Azərbaycan sakini il ərzində xidmətlərə nə qədər pul xərcləyir?

 

2023-cü ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə 14% artaraq 11 milyard 411,6 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 8 milyard 652,1 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,8%-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 2 milyard 559,6 milyon manatı dövlət, 8 milyard 852 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 1 124 manatlıq və yaxud bir il əvvələ nisbətən 205 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.