Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Ürəyi məhv edən vərdişlər açıqlandı
Ürəyi məhv edən vərdişlər arasında əsas bir neçəsini qeyd etmək olar. Bunlardan birincisi, siqaret çəkməkdir.
Bu barədə Rusiyalı həkim kardioloq Anastasiya Fomiçeva danışıb.
“Nikotin və digər kimyəvi maddələr təkcə ağciyər xəstəliklərinin deyil, həm də ateroskleroz və ürəyin işemik xəstəliyi kimi ürək-damar xəstəliklərinin inkişaf riskini artırır”, - deyə o bildirib.
Ürəyi məhv edən vərdişlər arasında yanlış qidalanma da var.
“Doymuş yağların və şəkərin həddindən artıq istehlakı qanda xolesterinin səviyyəsinin artmasına, aterosklerozun inkişafına, qan damarlarında lövhəciklərinin yaranmasına və daha sonra miokard infarktı və ya insultun inkişaf riskinə səbəb ola bilər. Duzlu yeməklər qan təzyiqinin artmasına və mayenin bədəndə yığılmasına (şişkinliyə) səbəb ola bilər”, - deyə həkim vurğulayıb.
Oturaq həyat tərzi, həmçinin ürək xəstəliklərinin inkişafına təsir göstərir.
“Daimi fiziki fəaliyyətin olmaması və oturaq iş piylənmə, hipertoniya xəstəliyi riskini artırır və həmçinin şəkərli diabetin inkişafına gətirib çıxara bilər”, - deyə kardioloq əlavə edib.
Digər bir pis vərdiş həddindən artıq alkoqol istehlakıdır. Bu, qan təzyiqinin artmasına, ritm pozğunluqlarının inkişafına, miokardın zədələnməsinə və nəticədə alkoqol kardiomiopatiyasının inkişafına səbəb ola bilər.
“Daimi stres isə qanda adrenalin və kortizolun səviyyəsini artırır ki, bu da qan təzyiqinin artmasına, taxikardiyaya və ürək-damar xəstəliklərinin inkişaf riskinin artmasına səbəb ola bilər. Yuxu çatışmazlığı və bioloji saat ritmlərinin dəyişməsi piylənmə, hipertoniya və aritmiyanın inkişafına gətirib çıxarır”, - deyə o, söhbətini yekunlaşdırıb.
Mənbə: Oxu.Az























































