Xəbər Lenti
Dünən, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
7-11-2026, 17:50
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
7-11-2026, 13:33
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
7-11-2026, 12:21
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
7-11-2026, 12:12
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
7-11-2026, 11:43
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
7-11-2026, 11:41
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
7-11-2026, 11:25
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
24 Yanvar 2023 19:01Siyasət
Kanada mətbuatı: Türk birliyinin atəşi Şuşada alovlanıb
Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Bakı/Şuşa Forumunda mühüm Anlaşma Memorandumu imzalanıb” sərlövhəli məqalə dərc olunub.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğız Respublikasının diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri arasında imzalanmış anlaşma memorandumu türk xalqlarının diasporlarının öz ana dillərində təhsil almaq imkanlarını təşviq etməklə yanaşı, türk toplumları arasında birliyi gücləndirəcək. Forum iştirakçıları tərəfindən qəbul edilmiş birgə bəyanata istinadən qeyd olunub ki, 200 milyonluq türk dünyasının bir hissəsi olan Azərbaycandan kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Bakı/Şuşa Forumunda, həmçinin Türk Diasporlarının Birgə Fəaliyyət Strategiyası çərçivəsində türk dövlətlərinin ortaq diaspor siyasəti barədə də razılığa gəlinib.
Müxtəlif siyasi ekspertlərin fikirlərinin yer aldığı məqalədə diqqətə çatdırılıb ki, Qarabağ müharibəsi türk dünyasının XXI əsrdə apardığı ən böyük azadlıq savaşı, türk dünyasında uzunmüddətli azadlığın oyanışının başlanğıcıdır. Türk birliyinin məqsədi türklərin yaşadıqları bölgəni dünyadan ayırmaq deyil, əksinə, dünya ilə əlaqələndirməkdir. Türk birliyinin idealı azadlıq hərəkatıdır və onun atəşi bu əsrdə Şuşada alovlanıb. Memorandumun imzalanması türk dünyasının diaspor birliyinin yaradılması istiqamətində ilk mühüm addım kimi qiymətləndirilib.
2023-cü ildə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gənclər forumunun keçiriləcəyi bildirilib.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.