Xəbər Lenti
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
19 Dekabr 2022 17:31Siyasət
Azərbaycan XİN rəhbəri Meksikanın yeni təyin olunmuş səfiri ilə görüşüb
Dekabrın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Meksika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov səfir Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Meksika arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiya, turizm, təhsil, idman və s. sahələrində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğunu məmnunluqla qeyd ediblər. Siyasi sahədə əməkdaşlığın, o cümlədən siyasi dialoqun inkişafında qarşılıqlı səfərlərin, o cümlədən siyasi məsləhətləşmələrin rolu vurğulanıb.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, eləcə də mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.
Səfir Mariya Viktoriya Romero Kabalyero qəbul üçün nazir Ceyhun Bayramova təşəkkür edib, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səy göstərəcəyini ifadə edib. İkitərəfli münasibətlərin genişləndirilməsində parlamentlərarası əlaqələrin, habelə hər iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərlərinin rolu vurğulanıb. Həmçinin Azərbaycan və Meksikada fəaliyyət göstərən beyin mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi üçün iş aparıldığı diqqətə çatdırılıb.
Görüşdə çoxtərəfli platformalar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu xüsusda, növbəti ilin mart ayında Bakıda keçiriləcək COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə məlumat verilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin