Xəbər Lenti
1-06-2026, 21:41
Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
1-06-2026, 21:35
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
1-06-2026, 17:09
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
02 Dekabr 2022 15:23Siyasət
Azərbaycanla Yaponiya arasında çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri müzakirə edilib
Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri Şunsuke Takei ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu, coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb.
Görüşdə siyasi məsləhətləşmələr mexanizminin, habelə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb. Bu xüsusda, alternativ enerji mənbələrindən istifadənin potensialının artırılması, iri investorlar üçün münasib olan Ələt Azad İqtisadi Zonasına sərmayə qoyuluşu istiqamətində əməkdaşlıq imkanlarından bəhs edilib. İşğaldan azad olunmuş ərazilərdə Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakı təşviq olunub.
Nazir Ceyhun Bayramov, həmkarına bölgədə mövcud cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verib. Nazir, eyni zamanda, ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan söz açıb.
Görüşdə tərəflər, Yaponiyanın 2023-cü ildə BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində mümkün əməkdaşlıq, həmçinin qlobal və regional aktual mövzular və təhdidlər ətrafında fikir mübadiləsi aparıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır