Menu
Xəbər Lenti
O da “Yeraltı”na keçir
26-11-2026, 09:58

O da “Yeraltı”na keçir

Bu rüsum 4 dəfə azaldılır
25-11-2026, 10:32

Bu rüsum 4 dəfə azaldılır

Şahbaz Şərif Rusiyaya gedir
24-11-2026, 10:40

Şahbaz Şərif Rusiyaya gedir

01 Dekabr 2022 02:32Siyasət

Səfirdən Fransa Milli Assambleyasına: Danışmaqla sülhə mane olursunuz!

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, diplomat bu barədə tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Fransa Milli Assambleyasının diqqətinə: Ermənistan Azərbaycan ərazilərini 30 il işğal altında saxlayıb, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, müharibə cinayətləri törədib, regionu viran qoyub. Siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin