Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Evi sökülən vətəndaş günlərdir niyə küçədə yaşayır?
Bir neçə gün öncə gecə saatlarında Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında söküntü işlərinin aparılması və orada yaşayan Afət Quliyevanın evindən zorla çıxarılması ilə bağlı xəbər vermişdik.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Afət Quliyeva hadisədən sonra günlərdir ki, küçədə yaşayır. Hər gün hissə-hissə yararsız hala düşmüş əşyalarını dağıntılar altından çıxarır.
Məsələ ilə bağlı ərazidə söküntü işlərini aparan “İbrahim Q” MTK-nın vəkili Yavər Yavərzadə ilə əlaqə saxladıq. Şirkət nümayəndəsi A.Quliyevanın hadisədən sonra yaşayış yeri ilə təmin edilib-edilmədiyi haqda sualımıza belə cavab verdi: “Bununla bağlı vəziyyət tam başqadır. Bəli, həmin şəxsin mənzilinə zərər yetirilib. Bununla bağlı hüquq-mühafizə orqanlarında iş aparılır. Lakin həmin mənzilə zərər yetirilən vaxtdan həmin şəxsə müvəqqəti yaşayış üçün kirayə mənzil tutulub. Həmin mənzilin biraylıq dəyəri də ödənilib”.
Y.Yavərzadənin sözlərinə görə, vətəndaşın sahib olduğu 13,5 kv metr sahənin əvəzinə ona iki alternativ təklif irəli sürülüb - ya bu sahənin yerinə həmin ərazidə 50 kv metr təmirli mənzil və bu mənzil ona təhvil verilənə qədər kirayəpulu, ya da sahib olduğu mənzil və ona dəymiş zərər nəzərə alınaraq 100 min manat pul təklifi.
Lamiyə Məmmədova



























































