Xəbər Lenti
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
03 Fevral 2023 15:02Manşet
Prezident İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı 2020-ci ildə İtaliyaya dövlət səfərini, həmçinin ötən ilin sentyabrında rəsmi səfərini xatırladı, İtaliyanın Prezidenti və digər yüksək rəsmi şəxsləri ilə görüşlərini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev imzalanmış sənədlərə əsasən Azərbaycan-İtaliya əməkdaşlığının strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini bildirdi, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu dedi.
İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın yalnız enerji sahəsini deyil, çox geniş sahələri əhatə etdiyi bildirildi, elm və təhsil sahəsində əməkdaşlıq xüsusi qeyd olundu. Diqqətə çatdırıldı ki, ADA Universiteti ilə İtaliya universitetləri arasında imzalanmış sənədə uyğun olaraq, Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəal çalışdıqları vurğulandı. Diqqətə çatdırıldı ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq bütün sahələrdə dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacib komponenti olan TAP layihəsinin əhəmiyyəti qeyd edildi.
İtaliyalı nazir öz növbəsində qəbula görə təşəkkürünü bildirdi və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd etdi. Nazir ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğuladı, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını dedi.
Cilberto Piketto Fratin yaxın gələcəkdə TAP layihəsinin ötürücülük qabiliyyətinin artırılmasının əhəmiyyətini qeyd etdi, İtaliyanın Azərbaycandan qaz idxalının artırılmasında maraqlı olduğunu bildirdi. Qonaq Azərbaycanın böyük bərpaolunan enerji potensialına malik olduğunu deyərək İtaliya şirkətlərinin gələcəkdə bu sahədə də ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırdı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.