Xəbər Lenti
Dünən, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Dünən, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 11:48
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub.

Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən düşünülmüş rasional siyasi kursu bu gün ölkəmizi Qərbdə və Şərqdə aparıcı mövqelərə gətirib çıxarıb. Cənab Prezidentin Albaniya səfəri Dövlətimiz üçün müstəsna əhəmiyyətə malik olmaqla yanaşı Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Albaniya və Azərbaycan geostrateji mövqelərinə görə də Qərbdə maraqla qarşılanan ölkələr hesab edilir.Albaniyaya səfər həm də ilk olduğu üçün səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Albaniya rəhbərliyinin Azərbaycana daimi səfərləri gerçəkləşdirilib. Albaniya Prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər ki, bu, kifayət qədər önəmli göstəricidir.
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada mətbuata bəyanatında bildirib.
Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar var.
TAP layihəsi Albaniya da daxil olmaqla bir çox ölkələr üçün yeni enerji nəfəsliyidir. Azərbaycan rəhbərliyi rəsmi Tirana ilə əlaqələrə hər zaman yüksək dəyər verib. Cənab Prezident bəyanatında vurğuladı ki, İkinci Qarabağ müharibəsində Albaniya Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib. Albaniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Belə ki, Albaniya Azərbaycanın müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 23 sentyabr 1993-cü ildə qurulmuşdur. Azərbaycanla Albaniya arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir.
Albaniyanın yüksək səviyyəli rəsmiləri (nazir və ya nazir müavini səviyyələrində) Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə verib. Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə həmçinin, Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edir. Ona görə də Albaniya cəmiyyətində və siyasi fikrində TAP-a böyük dəyər verilir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 mln. ABŞ dolları, ixracın həcmi 4,29 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 3,63 mln olmuşdur.
Səfər zamanı keçirilən görüşlər, iki ölkə arasında bağlanan müqavilələr əməkdaşlığı daha da artırmaqla yanaşı həm də Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Biz daim ölkəmizin dostlarının çoxalmasına çalışmalıyıq!” – kəlamının Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini göstərir.





















































