Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Deputatla AzTV arasında qalmaqal

Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər.
Deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV-də yayımlanan “Əsas məsələ” verilişi ilə bağlı status paylaşıb.
Paylaşımda qeyd olunur: “Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”.
Maraqlıdır ki, bir müddət sonra deputat Əziz Ələkbərli sonradan öz hesabından yazdığı statusu silib.
Buna cavab olaraq Azərbaycan Televiziyası öz rəsmi feysbuk hesabında “AzTV-də yayımlanan veriliş əslində niyə qıcıq doğurdu?” başlıqlı açıqlama yayıb.

Açıqlamada bildirilir: “Ötən axşam (22 sentyabr) AzTV-də yayımlanan “Əsas məsələ” verilişində Milli Məclisin deputatı Anar İskəndərov, tarixçi alimlər Nəsiman Yaqublu, Şikar Qasımov və hərbi-siyasi ekspert Telman Qasımov çıxış edərək qədim Azərbaycan ərazisi Zəngəzurun toponimləri, tarixi yer adları ilə bağlı fakt və xəritələr əsasında maraqlı müzakirə ortaya qoyublar. Lakin, görünür, verilişdə deyilənlər və ən əsası, Zəngəzurun qədim tarixi Azərbaycan ərazisi olması ilə bağlı səsləndirilən faktlar kimlərinsə ürəyincə olmayıb. Əcəba niyə? Belə verilişləri “bayağı” adlandırıb əsassız tənqid etmək, AzTV-nin ünvanına təhqirlər yağdırmaq bir nəfərin, həm də hörmətli millət vəkilinin, konkret olaraq Əziz Ələkbərlinin, görəsən, niyə xoşuna gəlməyib? Araşdırdıq. Məlum oldu ki, Əziz müəllimin verilişə dəvət olunan qonaqlardan biri ilə (Telman Qasımovla) yumşaq desək, münasibəti yoxdur. Odur ki, həmin adamı ekspert kimi qəbul etməyən millət vəkili acığını AzTV-dən və verilişdən çıxmaq qərarına gəlib və “Əsas məsələ”də qaldırılan mövzunu (Zəngəzur), aparılan müzakirələri (Zəngəzurun tarixi Azərbaycan ərazisi olması reallığını) “səviyyəsiz” adlandırıb.
Əks halda:
1. Bir millət vəkili sözünü, tənqidini əsaslı və faktlar əsasında deyər, ümumi sözlərdən yararlanmazdı;
2. Bir millət vəkili sözünü bayağı formada yox, ən azı deputat adına və nüfuzuna uyğun etik normalar çərçivəsində deyərdi, məsləhət verərdi;
3. Bir millət vəkili belə müzakirələrə açıq olar və dəvət olunanda min bir bəhanə ilə verilişlərdən yayınmazdı;
Ən nəhayət, Əziz Ələkbərli, yaxşı olar ki, hər hansı məsələyə şəxsi prizmadan, hikkə ilə və ambisiya dolu yanaşmaqdansa, deputat mandatına uyğun işlər görün, vətəndaşların arzu və istəklərini, problemlərini araşdırıb, həllinə çalışın. Yox, əgər media eksperti və ya alim kimi söz deyirsinizsə, əsaslı fakt və arqumentlərə söykənərək, təhqirsiz, etik normalara uyğun fikir bildirin. AzTV komandası sağlam tənqidə hər zaman açıqdır”























































