Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
"Mədəniyyət" TV-nin yaradılmasından 15 il ötür
"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən kanal 2011-ci il fevralın 14-də saat 20:30-da yayıma başlayıb.
"Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də eksklüziv yayım hüququna malikdir.
TV 2014-cü il sentyabrın 1-də 16:9 təsvir formatlı yayıma keçib.
2018-ci il fevralın 14-dən 24 saatlıq yayım rejiminə başlayıb.
2021-ci il mayın 31-dən etibarən isə Azərbaycan Televiziyası (AzTV), "İdman" TV və "Mədəniyyət" TV HD yayıma başlayıb.
Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı AzTV QSC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamına əsasən həyata keçirilib.
"Mədəniyyət" TV-də işləyən həmkarlarını təbrik edir və onlara bol-bol uğurlar arzulayırıq!























































