Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Audiovizual yerüstü yayım həyata keçirən və çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahıları təsdiqlənib - Fərman

Prezident İlham Əliyev “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın və “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) siyahısına aşağıdakılar daxildir:
1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “AzTV” televiziya yayımçısı.
2. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “İdman TV” televiziya yayımçısı.
3. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Mədəniyyət TV” televiziya yayımçısı.
4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Azərbaycan Radiosu” radio yayımçısı.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “ASAN Radio” radio yayımçısı.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “Avto FM” radio yayımçısı.
Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısına isə aşağıdakılar daxildir:
1.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
2.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
3.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
4.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
5.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
6.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
7.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
8.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
9.
Azərbaycan Milli Elmlər Akademiyası
10.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi























































