Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
18-11-2026, 14:24
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
18-11-2026, 13:43
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
17-11-2026, 14:05
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Qurbanlıq heyvanlar neçəyədir və necə alınmalıdır? - QİYMƏTLƏR
İslam təqviminə əsasən, qarşıdan Qurban bayramı gəlir və üç gün qeyd edilir. Yəni bu üç gün - 9,10 və 11 iyul tarixləri içərisində insanlar öz qurbanlarını gün çıxandan gün batana qədər kəsə və paylaya bilərlər.
Bununla əlaqədar olaraq Trend bazarda qurbanlıq ətin qiymətləri ilə bağlı araşdırma aparıb. Bazarda qurbanlıq qoyunların qiymətləri müxtəlifdir. Qurbanlıq qoyunlar həm diri çəkidə, həm də təmiz ət çəkisi ilə təklif edilir.
Diri çəkidə qoyunun 1 kiloqramının qiyməti 6.90-7.50 manat arasında dəyişir. Təqribən 30 kiloqram gələn qoyunun minimum 15 kilo təmiz ətinin olduğu bildirilir. Belə olan halda, 30 kiloqramlıq bir qoyunun qiyməti təqribən 207-225 manat arasında, bir kiloqram ətin qiyməti isə təqribən 14-15 manat arasında dəyişir. Qoyunu diri çəkidə almaq istəməyənlər isə kəsdirib təmiz ətinin pulunu ödəyə bilər. Belə olan halda da ətin bir kiloqramının qiyməti 14-15 manata təklif edilir.
Bəs qurbanlıq qoyunun diri çəkidə, yoxsa təmiz ətinin alınması dini qaydalara uyğundurmu?
Bu suala cavab olaraq Təzəpir Məscidinin imamı Hacı Şamil Rəsulov bildirdi ki, əslində, heyvanı diri olaraq almaq məqsədəuyğundur.
“Qurban kəsdirmək istəyən şəxs birinci qurbanlıq heyvanı seçir və sonra kəsilmədən öncə qurbanlıq heyvan diri şəkildə tərəziyə qoyulur və çəkisi müəyyən edildikdən sonra pulunu ödəyib sonra kəsdirir. Bu dinimizə uyğundur. Lakin şəxs qurbanlıq heyvanı seçəndən sonra kəsilib tərəziyə qoyulub çəkisi müəyyən edildikdən sonra pulunu ödəyib alırsa, bu, düz deyil”, - deyə o bildirib.
Ş.Rəsulov qeyd edib ki, qurbanlıq kəsmək əsasən Məkkədə Həcc ziyarətində olanlara vacibdir, digər şəhərələrdə və regionlarda olanlar üçün isə qurban kəsmək savab əməl və gözəl bir işdir.
“Yaxşı olar ki, qurbanı kəsən şəxs onun bir hissəsini özünə götürsün, bir hissəsini hədiyyə olaraq versin, üçüncü hissəsini isə imkansız insanlara paylasın”, - deyə Ş.Rəsulov əlavə edib.
Onun sözlərinə görə, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək də doğru deyil. Bu o zaman mümkün olur ki, qurbanlıq heyvan tapılmasın.
Ş.Rəsulov, həmçinin qeyd edib ki, bəzən qəssab dükanlarında heyvanı qurbanlıq adı ilə kəsib satırlar. “Bu da doğru deyil, çünki qurbanlıq heyvanı kəsib pul ilə satmaq olmaz. Əgər bir nəfərin imkanı yoxdursa, bir neçə nəfər birləşib bir heyvan alıb qurban kəsdirə bilər. Ancaq xırdabuynuzlu heyvanı yaxşı olardı ki, bir nəfər qurbanlıq kimi kəssin, iribuynuzlu heyvanı isə bir neçə nəfər alıb kəsdirə bilər”, - deyə o əlavə edib.























































