Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ucuzlaşdı
Bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlardan sonra mal ətinə tələbat azalıb. Bu isə mal ətinin qiymətinin enməsinə səbəb olub. Satıcılar ucuzlaşmanın təxminən 2 manat civarında olduğunu bildirirlər.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, məsələn, Tovuzda iri və xırdabuynuzlu heyvan ətinin qiyməti enib.
İribuynuzlu heyvan ətinin 1 kiloqramı əvvəl 17 manat idisə, indi 15 manata təklif olunur. Xırdabuynuzlu heyvan ətində də 1-2 manatlıq ucuzlaşma müşahidə edilir. Əvvəllər 20 manata satılan quzu əti isə indi 18 manata təklif olunur.
Cəlilabadda da ətin qiymətində 1 manat-1 manat 50 qəpik arası enmə qeydə alınıb. Satıcıların sözlərinə görə, əvvəllər 16-16,50 manata satılan mal əti indi ucuzlaşıb. Hazırda mal ətinin 1 kiloqramı müştərilərə 15 manata təklif olunur. Satıcılar əlavə edirlər ki, qiymətlər düşsə də, alıcı sayı hələ də azdır.
Satıcılar bildirirlər ki, ətin qiymətinin aşağı düşməsinin bir səbəbi xəstəliklə əlaqələndirilsə də, digər səbəbi ölkəyə ucuz heyvan ətinin idxal olunmasıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:























































