Xəbər Lenti
Dünən, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
23-10-2026, 11:46
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
04 Aprel 2023 04:52İqtisadiyyat
Bu tarixdən etibarən ətin qiyməti artacaq – Ekspert

Son vaxtlar paytaxtda və bölgələrdə ətin qiymətində artım baş verib.
Aylar öncə kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manata, kiloqramı 13-14 manata olan quzu ətinin qiyməti isə 17 manata təklif olunur. Ekspertlərin fikrincə, ətin mövcud qiyməti uzun müddət sabit qalacaq. Amma bahalaşan bu qiymətlər fermerlər kimi alıcıları da ciddi narahat etməyə başlayıb.
İqtisadçı-ekspert Akif Nəsirli Bizim.media-ya açıqlamasında bahalaşmaya səbəb olan amillərdən danışıb.
Onun sözlərinə görə, ətin bahalaşmasına ilkin səbəb bazarda ərzaq məhsullarının 50%-ə yaxınının qiymətindəki artımdır:
"Ətin qiymətinə təzyiqləri təsnifləşdirməli olsaq, səbəbi iki yerə bölmək olar. Biri xərc maddələrinin artması, yəni heyvan yemlərinin, otun, eləcə də heyvan bəslənməsi ilə bağlı xərclərin qarşılanmasıdır. Artıq qışın sonudur və otun, yemin tükənən vaxtıdır. Heyvanların bəslənmə xərci artdığına görə, bu, ətin maya dəyərinə təsir edir. Digər səbəb ümumi bazar qiymətlərinin bahalaşması ilə əlaqədardır. Bilirsiz ki, bazarda 50 faizdən çox məhsulun qiyməti bahalaşıb. Bu baş veribsə, digər 50 faizinin də qiymətlərinin artırılması qaçılmazdır".
Ekspert bu ilin payızına qədər ətin qiymətinin sabit qalacağını vurğulayıb:
"Artıq aprel ayıdır və ot mövsümü başlayır. Otun birinci biçimi 15-20 gündən sonra başlayacaq və qiyməti bir qədər sabitləşəcək. Bunun ardınca yay mövsümü başlayır və istixanalarda, eləcə də açıq sahədə yetişdirilmiş kənd təsərrüfatı məhsulları bazara çıxacaq. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu ilin payızına qədər ətin qiyməti indiki formada sabit qalacaq. Bir məsələ istisnadır ki, ilin yay aylarında bazarlarda sıçrayışlı qiymət artımı olsa, bu, ətin qiymətinə də təsir edəcək. Ola bilsin ki, ətin qiyməti əlavə olaraq 1 manat da bahalaşsın", - deyə Akif Nəsirli əlavə edib.























































