Xəbər Lenti
Dünən, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Dünən, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
28-05-2026, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 13:50
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
28-05-2026, 12:33
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
28-05-2026, 12:17
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
27-05-2026, 15:17
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
27-05-2026, 14:23
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Göyçayda vəzifəli şəxs istefa verib
Son aylar Göyçay rayonunda gedən prosseslər həbslər, istefalar davam edir. Bu gün yeni istefa, qələm sahibinin işdən öz istəyi ilə uzaqlaşmağı bir daha bu rayonda baş verən hadisələrin hələ aylarca davam edəcəyindən xəbər verir.
"Göyçay" qəzetinin baş redaktoru Anar Nağıyev baş redaktor vəzifəsindən istefa verib. 7 iyun 2022-ci ildə Göyçay rayon İcra Hakimiyyətinin müşavirəsində keçmiş rayon qəzetinin baş redaktoru Abdulla Əliyev yenidən qəzet rəhbərliyinə gətirilib. Maraqlıdır ki, hüquqşünas və jurnalist olan A. Nağıyev 2017-ci ildə Göyçay rayon mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Göyçay informasiya agentliyi saytının və Nar Tv kanalının təsisçisi və baş redaktoru, 2019-cu ildə Göyçay Gənclər mərkəzinin direktoru, Göyçay şəhər Heydər Əliyev parkına xidmət və nəzarət təşkilatının sədri, 2020-ci il Azərbaycan Milli Məclisinə Altıncı çağırış üzrə keçirilən seçkilərdə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə müstəqil namizəd, 2022-ci il İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorluğuna namizəd olub. 2020-ci ildə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Deputatın səlahiyyətli nümayəndəsi (köməkçi) vəzifəsini icra edib.
5 May 2021-ci il tarixindən Göyçay rayon icra hakimiyyəti başçısının sərəncamı ilə A.Nağıyev "Göyçay" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. Baş redaktor dəfələrlə təklif, müxtəlif lahiyələr, aksiyalar, fləşmob, gənclər və mətbuat nümayəndələri ilə bağlı tədbirlər təşkilatçısıdır. Rayonda keçirilən "Açıq qapı", Mətbuat günləri" adlı görüşlərin təşkilatçısı olan baş redaktorun Göyçay informasiya agentliyinin saytı və NarTv youtube kanalı vasitəsilə Vətən müharibəsi zamanı baş verən hadisələri dəqiq, operativ yayılmasında özünə məxsus imzası olub.
Regionda ilk olaraq "Mətbuat klubu" adlı dəyirmi masa, görüşlər, təqdimatlar təşkil edib. "Qızıl qələm", "Müstəqil jurnalist", Araz" əbədi media mükafatı, "Həsən bəy Zərdabi " adına mükafatı, 44 gün Vətən müharibəsi zamanı arxa cəbhədə fəaliyyəti yüksək qiymətləndirilərək, RİH-tərəfindən fəxri fərmana layiq görülüb. Region mediasının inkişafına dair müsabiqələrin iştirakçısı olan A. Nağıyev son 4 aydır qəzet abunəsi üçün yaranan problemlərin həlli istiqamətində əlaqədar təşkilatlara müraciət etsə də, redakasiya üzvlərinin əmək haqqını bərpa edə bilməməsi nəticəsində vəzifəsindən öz istəyi ilə uzaqlaşmışdır.
Redaksiyamız eks baş redaktorla əlaqə saxladı. Anar Nağıyev yeni təyin olunan qəzet baş redaktorunu təbrik edərək, uğur arulamaqla yanaşı bəzi məsələlərə aydınlıq gətirdi. A. Nağıyev müsahibəsində 1930-cu ildən müxtəlif adlarla “Pambıqçı” , “Qalibiyyət bayrağı”, “Yeni həyat”, sonda Göyçay”adı ilə nəşr olunan rayon qəzetinin son aylarda cəmi bir nəfərlə necə deyərlər baş redaktor, məsul katib, şöbə müdiri, müxbir, foto vəzifələrinin hamısını icra etdiyini əmək haqqı olmadan qəzet nəşri üçün vəsaitin ayrılmamasından şikayətləndi. Ay ərzində iki dəfə 8 böyük səhifədə çap olunan qəzet cəmi 2 ilə yaxın duruş gətirdi. May ayı qəzet abunəsi olduğu halda heç bir maliyyə ayrılmamasını diqqətə çatdıran baş redaktor "Göyçay qəzeti" MMC-in vergi borcunun yarandığını bildirdi. Bu vəziyyətlə əlaqədar olaraq Göyçay rayon icra hakimiyyətinə, Media İnkişaf Agentliyinə, Mətbuat Şurasına dəfələrlə müraciət etdiyini qeyd edən A. Nağıyev region mətbuatının o cümlədən, qəzet mediasının ağır durumunu vurğuladı. Bu gün sosial şəbəkələrin, veb saytların, xəbər portallarının rahat və tez şəkildə fəaliyyəti kağız çapının arxada qalmasına səbəb olmasını bildirərək, dəstək olmadan rayon mətbuatının nəşrinin mümkünsüzlüyünü diqqətə çatdırdı. Qəzet üçün abunə və reklamın olmaması bu mətbu orqan tənəzzülünə səbəb olur. Çətinlik içində ayda və ya iki aydan bir güclə hansısa dost-tanışın köməyi ilə çap olunan qəzet gec-tez bağlanmalıdır. Redaksiyası olmayan, heç bir texniki bazası, işçisi və ya əməkdaşı olmayan bir mətbuat orqanı bu gün necə fəaliyyət göstərməlidir sualını verən baş redaktor bu sual ətrafında cavab axtarışı ilə öz istefasını verib.
Bu gün rayon qəzetlərinin hazırki durumu çox müəmmalı düyünlərin açılmasına, düşən vəziyyətdən çıxış yolu tapılmasına, yığılan abunələrə olunan müdaxilələr, əmək haqqı almadan fəaliyyət göstərən, günün tələblərinə cavab verən mətbu orqanı nəşr etdirib yaşatmaq, rayon qəzetlərinin məhv olmaq təhlükəsindən xəbər verir.
Biz isə öz növbəmizdə "Göyçay " qəzetinə təyin olunan yeni baş redaktorun fəaliyyətində uğur arzulayır. 92 yaşlı qəzetin ardıcıl nəşr olunmasını arzulayırıq.























































