Xəbər Lenti
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Qəbul imtahanından xaric edilənlər ikinci imtahana niyə buraxılmır?
22 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 6 nəfərdə mobil telefon 1 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Sözügedən 6 nəfərin növbəti imtahanda iştirakı da məhdudlaşdırılacağı bildirilib.
Abituriyentin yaddaş kitabçasında qeyd edilir ki, göstәrilәn hәrәkәtlәrә yol verilmәsi halları aşkar edildikdә o, imtahandan xaric olunur vә onun imtahan nәticәlәri DİM tәrәfindәn lәğv olunur. Növbəti imtahanda iştiraka məhdudiyyətlə bağlı hər hansı bir qeyd göstərilməyib. Sözügedən 6 nəfərin növbəti imtahanda iştirakı da məhdudlaşdırılması hansı qaydalara əsasən aparılacaq?
Dövlət İmtahan Mərkəzindən sorğusuna cavab olaraq bildirilib ki, imtahanın gedişatını pozan hərəkətlərə yol verdiyi aşkar edilən abituriyentin həm müsabiqə, həm imtahan nəticələri ləğv edildiyindən, həmin abituriyentlərin imtahanın ikinci cəhdinə buraxılması heç bir hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, onların müsabiqə nəticələri, yəni müsabiqədə iştirakı ləğv edilir.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov sualları cavablayarkən qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları və DİM tərəfindən hər bir abituriyentə verilən yaddaş kitabçasında bildirilir ki, imtahan iştirakçısı kənar köməkçi vasitələri imtahana gətirməməlidir və imtahanın gedişini pozan hərəkətlətə yol verməməlidir. Bunlar baş verərsə, o imtahan iştirakçısının nəticəsi ləğv olunur.
"Qəbul qaydalarında qeyd olunur ki, (6.5.) Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Yəni həmin imtahan nəticəsi. Daha növbəti imtahana buraxılmağa məhdudiyyət yoxdur. Onlar 16-17 yaşlı uşaqlardır. Bəli, səhv ediblər. Amma bu o demək deyil ki, onların təhsil alma hüquqları tam şəkildə məhdudlaşdırılmalıdır. Ona görə də DİM-in ötən gün açıqladığı qayda pozan abituriyentlərin ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq ifadəsi yanlışdır", - deyə ekspert əlavə edib.





















































