Xəbər Lenti
Bugün, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
DİN “Park Bulvar”la bağlı nə tədbir görəcək?
Ötən gün bloger Hüseyn Həsənovla “Park Bulvar”da keçirilən görüşdə yaşanan izdiham böyük səs-küy yaratdı. Görüş zamanı pandemiya qaydalarının ciddi şəkildə pozulması, qapalı məkanda görüşə gələnlərin maska taxmaması da geniş müzakirə olunur. Bəs görəsən “Park Bulvar”la bağlı Daxili İşlər Nazirliyi tərəfindən hansı tədbir görüləcək?
Bu barədə açıqlama verən DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Nazirlər Kabinetinin pandemiya ilə bağlı müəyyən etdiyi norma və qərarlar var:
“Hazırda bununla bağlı araşdırma aparılır. Nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək və ictimaiyyətə məlumat veriləcək”.























































