Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

18 Noyabr 2022 14:59Manşet / Hadisə

Anar Əsədlinin ökədən çıxışına niyə qadağa qoyulub? - AÇIQLAMA

Anar Əsədlinin ökədən çıxışına niyə qadağa qoyulub? - AÇIQLAMA

Partiya sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması onun barəsində iki vətəndaşdan daxil olmuş şikayət əsasındadır.

Bu barədə açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır. A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib.

Hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.

Onun ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır", - deyə E.Hacıyev əlavə edib.

Qeyd edək ki, Anar Əsədli Azərbaycan Yüksəliş Partiyasının sədridir.