Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
25 Fevral 2023 15:01Mədəniyyət
Xocalı ilə bağlı filmlər kinoteatrda ödənişsiz nümayiş olunacaq
Azərbaycan Televiziyası Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə 3 bədii-sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, filmlərdən biri “Ağrı”, digəri “Xocalı səmasının şahidləri”, o biri isə “Ağrılı ümidlər: Xocalı hekayəsi” adlanır.
Fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımını lentə alanlar gördüklərini ilk dəfə Azərbaycan Televiziyasında nümayiş olunacaq “Ağrı” filmində danışacaqlar.
“Xocalı səmasının şahidləri” filminin qəhrəmanları isə Xocalı faciəsinin ilk şahidləridir. Məhz onların ötürdükləri informasiyadan sonra dünya bu amansız faciədən xəbər tutub. Çəkilişlər faciənin baş verdiyi məkanda aparılıb. Xocalı faciəsinə işıq tutan xatirələr izləyiciləri o illərə aparır.
Xocalının işğaldan sonra ən yaxın görüntüləri ilk dəfə “Ağrılı ümidlər: Xocalı hekayəsi” filmində nümayiş olunacaq. Çəkiliş qrupu indiyə kimi heç bir televiziya kanalının gedə bilmədiyi nöqtələrdən çəkilişlər edib.
Çəkiliş qrupu Xocalı qırğını vaxtı lentə alınan real kadrların izi ilə araşdırma aparıb. Filmin baş qəhrəmanı o zaman Ağdam məscidinin qarşısında belə bir fikir səsləndirmişdi: “Heydər Əliyev hakimiyyətdə olsaydı, Xocalı faciəsi baş verməyəcəkdi”. Adi bir gəncin o vaxt cəsarətlə söylədiyi fikir filmin leytmotivini təşkil edir.
Hər üç film AzTV ilə yanaşı “Park Bulvar”da yerləşən “Park Cinema” kinoteatrında da nümayiş olunacaq.
Filmlər kinoteatrda ödənişsiz nümayiş etdiriləcək.