Xəbər Lenti
Bugün, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
Bugün, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Bugün, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Bugün, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
Bugün, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
Dünən, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
18-11-2026, 14:24
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
18-11-2026, 13:43
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
17-11-2026, 14:05
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
17-11-2026, 12:17
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
17-11-2026, 11:59
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
17-11-2026, 11:00
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
17-11-2026, 10:49
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
17-11-2026, 10:03
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Müdafiə Nazirliyi “yararsızsan”, Agentlik isə “sağlamsan” deyir
“Müdafiə Nazirliyinin Hərbi Hospitalı mənə xidmətə yararsız olmağımla bağlı sənəd verib. Həmin sənədə görə, orduda xidmət edə, gizir və ya MAXE işləyə bilmərəm. Mənə qoyulan diaqnozla nə sürücülük vəsiqəsi əldə edə bilərəm, nə haradasa satıcı işləyə bilərəm. Buna baxmayaraq, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mənə deyirlər ki, sağlamsan və əlillik dərəcəsi verməkdən imtina edirlər”.
Bu sözləri Vətən müharibəsi qazisi Rəsul Hüseynli bildirib. Füzuli istiqamətindəki döyüşlərdə ağır yaralanan qazi müharibədən gələndən bəri səhhətindəki problemlərlə mübarizə aparır: “Partlayış oldu, nə vaxt ayıldığım yadımda deyil, bir də gözümü Füzuli xəstəxanasında açdım. Orada müalicə alıb təzədən döyüşə qayıtdım. Son günə qədər də döyüşmüşəm. Sol baldır nahiyəmdən yaralanmışam, başımdan ağır travma almışam. Bir həftə ərzində nə danışmışam, nə də eşitmişəm. Yavaş-yavaş dilim və qulağım açıldı. Hazırda Bakıda 2 saylı Psixiatriya Xəstəxanasında müalicə alıram”.
Qazi bildirir ki, əlillik təyinatı ilə bağlı ötən ilin dekabrında müraciət edib: “Yalnız beş aydan sonra müraciətimə cavab verildi və imtina edildi. Məndən yüngül diaqnozu olan döyüş yoldaşlarım var ki, onlara əlillik verilib. Əgər əlillik dərəcəsi verilirsə, hamıya verilsin. Dövlət mənə fotostudiya qurmaq üçün avadanlıqlar verib, heç onların ağzını aça bilməmişəm. Çünki normal müalicə ala bilmirəm deyə özümdə deyiləm.
Aylıq 70-80 manat təkcə dərmanlarımın puludur. Mütəmadi olaraq psixiatrik dərmanlar içirəm. Əlillik bir yana, kodda səhvlik olduğuna görə veteranlıq da ala bilmirəm, o da qalıb may ayına...”
Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, qazi Rəsul Hüseynli Agentlikdə əyani müayinə olunub: “Bakı şəhər sakini Hüseynli Rəsul Hüseyn oğlu martın 15-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Onun sağlamlıq vəziyyətinin müayinəsi zamanı anamnestik məlumatlara əsasən, medikamentoz müalicələrinin effektiv olduğu, hazırda yüngül posttravmatik stress pozuntusu əlamətləri qeydə alınsa da, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlərinin olmadığı müəyyən edilib. Bu səbəbdən əlillik təyinatından imtina edilib”.
Qeyd edək ki, bundan əvvəl də qazi Rəsul Hüseynlinin sosial problemlərinin olması, müalicə xərclərini qarşılaya bilməməsi ilə bağlı xəbər yayımlamışdıq. “YAŞAT” Fondundan saytımıza qazinin müvafiq sənədlərinin olmaması səbəbindən ona köməklik etməyin mümkün olmadığı bildirilmişdi.























































