Xəbər Lenti
Dünən, 19:38
Gülpəri Bayramova – Sahibkarlıqda uğurun, qadın liderliyinin və milli iqtisadiyyata töhfənin nümunəsi
Dünən, 19:13
Hacı Zərintac İsmayılova – Xeyirxahlığı həyat amalına, vətənpərvərliyi mənəvi dəyərə çevirən Azərbaycan xanımı
Dünən, 15:09
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB - AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU
27-11-2026, 18:10
Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
26-11-2026, 14:41
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
26-11-2026, 11:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
25-11-2026, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
25-11-2026, 10:18
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
Buraxılış imtahanları ilə bağlı apellyasiya ərizələrinin qəbulu bu gün başa çatır
Buraxılış imtahanları ilə bağlı apellyasiya ərizələrinin qəbulu bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri aprelin 1-də elan olunub və Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib. 6 aprel saat 09:15-ə olan məlumata əsasən, imtahanda iştirak etmiş 47213 nəfərdən 34965 nəfər öz nəticələrinə (topladığı bala) baxıb.
Cavab vərəqlərinə (verilən tapşırıqlara hansı cavabı yazdığına) isə cəmi 20457 nəfər baxıb. Şagirdlərin, onların valideynlərinin, həmçinin müəllimlərinin nəzərinə çatdırırıq ki, imtahan nəticələrinə, cavab vərəqlərinə və qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) şagirdə məxsus səhifədə baxmaq mümkündür.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər üçün aprelin 4-dən etibarən elektron ərizə qəbuluna başlanılıb. Lakin təcrübə göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə öz cavabı ilə mümkün doğru cavabları müqayisə edib qiymətləndirmə meyarları ilə tanış olmadan komissiyaya müraciət edirlər. İmtahan iştirakçısı Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl DİM-in saytında, yuxarıda qeyd olunan müvafiq məlumatlarla öz səhifəsində tanış olmalıdır. Yalnız bundan sonra onun hər hansı müraciəti olarsa, ərizə təqdim etməlidir.
Ərizə qəbulu apelyasiya.dim.gov.az saytı vasitəsilə ödənişsiz aparılır. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Müraciət proseduru çox sadədir və bir neçə dəqiqəyə müvafiq formanı doldurmaq mümkündür. Bir məsələni də qeyd edək ki, son günlər sosial şəbəkələrin monitorinqi göstərir ki, müəyyən şəxslər ödəniş müqabilində bu prosesi həyata keçirmək üçün elan verir və şagirdlərin yerinə ərizə doldurmağı təklif edirlər. Bəzi ərizələrə baxdıqda apellyasiyanın mahiyyətinə uyğun olmayan qeydlərin olduğunu müşahidə etmək mümkündür. Ona görə də, şagirdlərə bir daha tövsiyə edirik ki, ərizə formasını doldurmağı hər hansı kənar bir şəxsə həvalə etməsinlər və bu prosesi yalnız özləri həyata keçirsinlər. Sistemə bir neçə lazımi məlumatı daxil etməklə ərizə qəbulunu tamamlamaq olar.
Xatırladaq ki, apellyasiya ərizələrinin qəbulu bu gün saat 17:00-dək davam edəcək. Müraciətlərə 11 aprel 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq.























































