Xəbər Lenti
Dünən, 18:59
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
Dünən, 18:05
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Dünən, 11:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Dünən, 11:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Dünən, 11:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Dünən, 10:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Dünən, 10:38
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Dünən, 10:00
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Dünən, 09:15
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Dünən, 09:00
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
9-05-2026, 20:54
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 19:31
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 18:54
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
9-05-2026, 18:49
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
9-05-2026, 18:44
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
9-05-2026, 18:29
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
9-05-2026, 17:50
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
9-05-2026, 15:36
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
9-05-2026, 14:55
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
9-05-2026, 14:36
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
9-05-2026, 11:39
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
İyul döyüşləri zamanı evləri dağılan bacılar dövlət tərəfindən yeni mənzillə təmin edilib
2020-ci ilin İyul hadisələri zamanı erməni təxribatı nəticəsində Tovuzda düşmən iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan vurmuşdu. Ölkə başçısının müvafiq sərəncamı ilə əhaliyə dəyən ziyanın aradan qaldırılması məqsədilə qısa müddətdə bərpa işlərinə başlanılmış və yeni evlər inşa edilmişdi. Düşmənin dağıtdığı evlərin yerində yenisi tikilmiş, bəzi evlər təmir edilmişdi. İyul hadisələri zamanı düşmən təxribatları nəticəsində ziyan dəyən evlərdən biri də Biranə və Roza Abdullayeva bacılarına məxsus ev idi.
İyul döyüşləri zamanı kənd sakinləri kimi bacılar da Dondar Quşçuda idilər, dayısıgildə gecələyən bacılar səhər erkən evlərinin mərmi nəticəsində dağıldığı xəbərini eşidiblər. Bacılar uşaq ikən atalarını, 7 il əvvəl isə analarını itiriblər. Valideynsiz qalsalar da, onlara dayıları himayədarlıq edib. Böyük bacı Biranə kəndin həkim məntəqəsində işləyir. O, 2 nömrəli Bakı tibb kollecinin məzunudur. “İyulun 16-da kəndimiz atəşə tutuldu. Səhər saatlarında xəbər aldıq ki, evimizə mərmi düşüb. Yaşadığımız ev dağılsa da, biz kəndimizi tərk etmədik. Sağ olsun dövlətimiz və ordumuz, onların sayəsində Vətən müharibəsində qələbə qazandıq. Yeni evimizə köçəndə artıq qələbə əhval-ruhiyyəsində idik”, - deyə Biranə Abdullayeva bildirib.
Biranənin bacısı Roza isə BDU-nun İnformatika-kibernetika fakültəsini bitirib, hazırda isə biznesin idarə olunması üzrə magistr təhsili alır. Evsiz qalan müddətdə isə xalası ilə dayısı bacılara himayədarlıq edib. “Mənfur düşmənin atdığı top mərmisi mənim bacım uşaqlarına aid olan evə düşdü. Demək olar ki, ev tamamilə dağıldı. Tez bir müddətə onlara dövlət tərəfindən daha şəraitli, müasir ev tikilib təhvil verildi. İndi tez-tez uşaqlara qonaq gəlirik. Biz də bacardığımız qədər onlara köməkliyimizi göstəririk”, - deyə qızların dayısı, Dondar Quşçu kəndinin sakini Bəhruz Abdullayev söyləyib.
Kənddə digər dağılan evlər də yenidən, daha müasir formada inşa edilərək sakinlərin istifadəsinə verilib. Zəhmətsevər əhalisi olan Dondar Quşçu kəndinin sakinləri bu gün özlərinin gündəlik işləri ilə - kənd təsərrüfatı ilə məşğuldurlar.
Qeyd edək ki, 2020-ci ilin iyulunda ermənilərin dövlət sərhədinin Tovuz istiqamətində silahlı təxribatı zamanı sərhədboyu yaşayış məntəqəsində 60-dan çox evə ziyan dəymişdi. Bunlardan 6 ev tamamilə yenidən tikilərək sakinlərin istifadəsinə verilib, 36 evdə isə təmir işləri aparılıb.























































