Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
Zərdabda “8 Noyabr- Zəfər Günü” ilə bağlı ümumrayon tədbiri keçirilib
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki müstəsna yerindən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən, eləcə də tarixi Qələbənin əldə olunmasını təmin edən mühüm amillərdən ətraflı bəhs edib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi və yüksək sərkərdəlik məharəti, habelə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlı olaraq artırılması Vətən müharibəsində möhtəşəm Zəfərin əldə olunmasında həlledici rol oynayıb. Bu Qələbə uzun illər ərzində həyata keçirilən uğurlu ordu quruculuğu siyasətinin, ölkəmizin iqtisadi qüdrətinin, milli həmrəyliyin və xalq-iqtidar birliyinin məntiqi nəticəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın mərhələli şəkildə öz torpaqlarına qayıdışının təmin edildiyini diqqətə çatdırıb.
Millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, bu möhtəşəm Zəfərin təməlində Azərbaycan xalqının milli həmrəyliyi, qətiyyəti və sarsılmaz iradəsi, ölkəmizin iqtisadi qüdrəti, güclü ordu quruculuğu siyasəti və xalq-iqtidar birliyi dayanır. Qeyd edilib ki, 8 Noyabr – Zəfər Gününün təsis edilməsi bu tarixi hadisənin əbədiləşdirilməsi, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm tarixi və mənəvi əhəmiyyət daşıyır.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsertdə Respublikanın tanınmış incəsənət ustaları-əməkdar artist İlkin Əhmədov və Vasif Əzimov, həmçinin yerli özfəaliyyət kollektivləri çıxış ediblər.






























































