Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Senatorlara şübhəli tozlu zərflər göndərildi - Seçkiöncəsi həyəcan siqnalı
ABŞ-də keçiriləcək ara seçkilərdən əvvəl ştatların seçki rəsmilərinə və bəzi senatorların ofislərinə tərkibində ağ toz olan şübhəli zərflər göndərilib. Federal Təhqiqat Bürosu (FTB) və ABŞ Poçt Xidməti məsələ ilə bağlı genişmiqyaslı təhqiqata başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Pensilvaniya, Ohayo, Aydaho və Viskonsin daxil olmaqla, bir neçə ştatın seçki komissiyalarına yönləndirilən şübhəli poçtlar alıcılara çatmadan müəyyən edilərək götürülüb.
Eyni zamanda, ABŞ Senatındakı Demokrat çoxluğunun lideri Çak Şumer, həmçinin senatorlar Aleks Padilla və Kris Merfiyə ünvanlanan zərflər də poçt xidməti tərəfindən saxlanılıb. Senator Padilla baş verənləri şərh edərək bildirib ki, bu insident ictimaiyyətə xidmət edən və seçki prosesini idarə edən şəxslərin üzləşdiyi real təhlükələrin acı bir xatırlatmasıdır.
ABŞ Nümayəndələr Palatasının və Senatının təhlükəsizlik xidməti əməkdaşlara təcili elektron xəbərdarlıq məktubu göndərib. Bəyanatda Senat işçilərinə şübhəli paketlərə qarşı diqqətli olmaq, poçt markaları ilə qaytarılma ünvanı üst-üstə düşməyən zərfləri açmamaq tapşırılıb. Şübhəli paketlərdən birinin üzərində qaytarılma ünvanı kimi “DSA” qısaltması və Nyu-York ünvanının göstərildiyi diqqətə çatdırılıb.
FTB hazırda zərflərdən çıxan naməlum toz maddəsinin kimyəvi tərkibini laboratoriyada analiz edir.























































