Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
1 milyondan çox zərərli elektron poçt bloklanıb
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində XRİTDX tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 573 kiberhücum indikatoru müəyyən edilib. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb. Müəyyən edilmiş indikatorlardan 206-sı Xidmətin daxili araşdırmaları, 367-si isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.
XRİTDX-in daimi nəzarəti altında fəaliyyət göstərən dövlət elektron poçt xidməti üzrə bu ilin 7 ayı ərzində 7,455,124 elektron poçt emal olunub. Onlardan 6,103,281-i təhlükəsiz olduğundan istifadəçilərə çatdırılıb, 1,351,843-ü isə zərərli tərkibli müəyyən edilərək bloklanıb.
XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir.























































