Menu
Xəbər Lenti
Ulduz yox, meteor yağacaq
13-10-2026, 10:33

Ulduz yox, meteor yağacaq

16 Oktyabr 2026 08:42Manşet / Dünya

ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü

 

ABŞ-nin Oreqon ştatının Bend şəhərində yerləşən “Silver Rail” ibtidai məktəbində dəhşətli silahlı hücum baş verib.

“Qafqazinfo” xəbər verir kki, insident nəticəsində 5, 8 və 11 yaşlarında olan üç şagird, eləcə də, bir müəllim həlak olub.

Hadisə zamanı 7 yaşlı bir uşaq və digər bir müəllim isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, məktəbin bağlı qapılarını sındıraraq içəri daxil olan şübhəlinin 16 yaşlı yeniyetmə olduğu müəyyən edilib.

Bend şəhərinin polis rəisi Mayk Krantz keçirdiyi mətbuat konfransında bildirib ki, hücumçu məktəbə daxil olarkən onu izləyən silahlı məhəllə sakini tərəfindən vurularaq öldürülüb. Oreqon qubernatoru Tina Kotek hadisəyə anında müdaxilə edərək daha böyük faciənin qarşısını alan həmin şəxsə qəhrəmanlığına görə təşəkkürünü bildirib.