Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Naxçıvanda Gənclərin Süni İntellekt Forumu keçirilib
8 oktyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə Naxçıvan Dövlət Universitetində Gənclərin Süni İntellekt Forumu keçirilib.
Ölkəmizdə rəqəmsal texnologiyalar və süni intellekt sahəsinin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, bu məqsədlə Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilmişdir. Strategiyada süni intellekt sahəsində ixtisaslı kadr potensialının gücləndirilməsi və bu istiqamətdə bilik və bacarıqların artırılması əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir.
Qeyd olunanları nəzərə alaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə keçirilən forumun əsas məqsədi gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılması, süni intellektin inkişafının peşələrə və karyera seçimlərinə təsirinin müzakirə olunması, eləcə də gənclərin dəyişən əmək bazarının tələblərinə hazırlığının gücləndirilməsidir.
Tədbirin açılış hissəsində Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək forumun əhəmiyyətindən və süni intellekt sahəsində gənclər üçün yaradılan imkanlardan bəhs ediblər.
Daha sonra “Süni intellektin inkişafı fonunda dəyişən peşələr və gənclərin karyera seçimlərinə təsiri” mövzusunda panel müzakirəsi keçirilib. Panel sessiyasında Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Nail Şükürov, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin direktoru Hüseyn Əsgərli, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Siyasəti şöbəsinin müdiri Vüsal Süleymanlı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov spiker qismində iştirak ediblər. Müzakirə zamanı süni intellektin inkişafı ilə dəyişən peşələr, əmək bazarındakı yeniliklər və gənclərin bu sahədə karyera imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin forum çərçivəsində Milli Süni İntellekt Mərkəzinin Marketinq mütəxəssisi Qismət Abdulla tərəfindən “Agentic AI” və onun real həyatda tətbiqi” mövzusunda vörkşop keçirilib. Vörkşop zamanı iştirakçılara süni intellektin tətbiq imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 4-cü dəfədir ki, keçirilən Gənclərin Süni İntellekt Forumu gəncləri, ekspertləri və müxtəlif sahələrin peşəkarlarını bir araya gətirərək süni intellekt və müasir texnologiyaların inkişafı ilə bağlı fikir mübadiləsi üçün geniş imkan yaradır.
Xezertv.info































































