Menu
Xəbər Lenti
GÜLÜB KEÇDİM...
Bugün, 17:01

GÜLÜB KEÇDİM...

Şəhid övladları Fransada
19-07-2026, 11:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 10:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 11:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 11:14

Sən kimə dua edirsən?..

21 İyul 2026 13:06Manşet / Gündəm / Sosial

GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB

 

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən gənclərin rəqəmsal bacarıqlarının artırılması, süni intellekt sahəsində bilikərinin inkişaf etdirilməsi məqsədilə regionlarda maarifləndirici sessiyalar təşkil olunub.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nda müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq ölkə ərazisində müxtəlif fəaliyyətlər həyata keçirilir.  Bu istiqamətin gənclər üçün aktuallığını nəzərə alaraq, GİKM tərəfindən gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir.


16 şəhər və rayonu əhatə edən sessiyalarda ümumilikdə 400-ə yaxın gənc iştirak edib. Sessiyalar zamanı iştirakçılara süni intellekt texnologiyalarının əsas prinsipləri, müasir süni intellekt alətlərinin funksionallığı, effektiv prompt hazırlama metodları, süni intellektin təhsil və peşəkar fəaliyyət sahələrində tətbiq imkanları, eləcə də etik və təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat təqdim olunub.


Tədbirlər interaktiv formatda həyata keçirilib. Praktiki tapşırıqlar, qrup müzakirələri və praktiki məşğələlər vasitəsilə iştirakçılar süni intellekt alətlərindən istifadə bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər. Sessiyalar çərçivəsində GİKM tərəfindən hazırlanmış gənclər üçün "Karyera Quruculuğunda Süni İntellekt Bələdçisi"nin təqdimatı da keçirilib. Bələdçidə CV hazırlanması, iş müsahibələrinə hazırlıq, effektiv iş axtarışı, peşəkar inkişaf və süni intellekt alətlərindən karyera planlamasında istifadə ilə bağlı praktik tövsiyələr yer alır. Nəşrin məqsədi gənclərin süni intellekt alətlərindən səmərəli istifadə edərək əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına dəstək göstərməkdir.


Gənclərin İnkişaf və Karyera Mərkəzi növbəti dövr ərzində də ölkənin müxtəlif regionlarında rəqəmsal bacarıqların inkişafına yönəlmiş maarifləndirici fəaliyyətləri davam etdirərək gənclərin gələcəyin əmək bazarına hazırlığını dəstəkləməyə davam edəcək.


 

Xezertv.info