“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Əraqçinin ABŞ səfəri gözlənilmədən başa çatıb - Rəsmi Tehrandan reaksiya
ABŞ-nin Vaşinqton və Tehran arasında danışıqların dayandırılmasından sonra İran nümayəndə heyətindən ölkəni tərk etməsini istədiyi bildirilir.
“Qafqazinfo” xəbər verir ki, “Axios”un ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio xarici işlər naziri Abbas Əraqçi də daxil olmaqla, İran nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməsini tələb edib.
ABŞ rəsmisinin sözlərinə görə, Ağ Ev sentyabrın 28-də gün ərzində İranla danışıqlarda irəliləyiş əldə edilə biləcəyini düşünüb. Lakin günortadan sonra danışıqların dalana dirəndiyi qənaətinə gəlinib. Bundan sonra Rubionun göstərişi ilə BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Əraqçi və nümayəndə heyətindən həmin axşam şəhəri tərk etmələri istənilib.
İran nümayəndə heyətinin bir neçə saat sonra hava limanına gedərək Qətərin paytaxtı Dohaya uçan təyyarəyə mindiyi bildirilib.
“Associated Press”ə anonimlik şərti ilə danışan iki ABŞ rəsmisi isə Əraqçinin əvvəlcə sentyabrın 30-dək Nyu-Yorkda qalmasının planlaşdırıldığını deyib.
Rəsmilərin sözlərinə görə, bu müddət ərzində Əraqçinin ABŞ ilə Hörmüz boğazının yenidən açılması, hərbi əməliyyatların dayandırılması və İranın nüvə proqramı ilə bağlı danışıqların bərpası istiqamətində dolayı danışıqlar aparması gözlənilirdi.
Rəsmilər həftəsonu Qətər vasitəçilərinin də iştirakı ilə keçirilən təmaslarda məhdud irəliləyiş əldə edildiyini bildiriblər. Lakin onların iddiasına görə, Rubio danışıqların gedişindən narazı qalaraq İran nümayəndə heyətinin dərhal Nyu-Yorku tərk etməsini tələb edib.
İranın BMT-dəki Daimi Nümayəndəliyi isə bu iddiaları təkzib edib.
Nümayəndəliyin yayımladığı açıqlamada İran nümayəndə heyətinin ABŞ tərəfindən Nyu-Yorku tərk etməyə məcbur edilməsi barədə məlumatların həqiqətə uyğun olmadığı bildirilib.
Açıqlamaya görə, nümayəndə heyəti sentyabrın 17-də ABŞ Dövlət Departamentinə əvvəlcədən təqdim edilmiş səfər qrafikinə uyğun olaraq bazar ertəsi axşamı ABŞ-dən ayrılıb.























































