İsmayıl Zalovdan Leyla Əliyevaya doğum günü münasibətilə səmimi təbrik və xoş Arzuları
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Növbəti danışıqlar Vyanada olacaq
İsveçrənin Cenevrə şəhərində ABŞ və İran nümayəndə heyətləri arasında nüvə danışıqlarının üçüncü raundu başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, növbəti görüşün Avstriyanın paytaxtı Vyanada keçiriləcəyi açıqlanıb, lakin İran zənginləşdirilmiş nüvə materiallarının xaricə çıxarılmasını tamamilə rədd edib.
İran-ABŞ danışıqlarına vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həmid əl-Busaidi bildirib ki, Cenevrə görüşündə mühüm irəliləyiş əldə edilib və tərəflər ölkələrində məsləhətləşmələrdən sonra Vyanada növbəti turda bir araya gələcəklər. Busaidi texniki səviyyəli danışıqların gələn həftə keçiriləcəyini açıqlayıb və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İsveçrə hökumətinə təşəkkürünü bildirib.
İran dövlət televiziyasının diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Tehran zənginləşdirilmiş nüvə materiallarının xaricə ötürülməsini rədd edir. Eyni zamanda, İran iqtisadi sanksiyaların ləğvini danışıqların əsas mövzularından biri olaraq irəli sürüb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, budəfəki tur indiyə qədər olanların ən yaxşısı idi: “ABŞ ilə növbəti mərhələnin bir həftə ərzində keçiriləcəyi gözlənilir. Bu danışıqlar ən ciddi təmaslardan biridir”.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında İsrail və ABŞ-nin İranla nüvə danışıqlarını kəsməsi ilə dayandırılan proses Oman vasitəçiliyi ilə yenidən canlandırılıb. ABŞ tərəfi Tehranın uranın zənginləşdirməsini dayandırmasını və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını ölkədən çıxarmasını tələb edir. İran isə atom bombası istehsalının qarşısını alacaq məhdudiyyətlər çərçivəsində nüvə proqramını davam etdirməsi müqabilində sanksiyaların ləğvini istəyir.
Tərəflər 6 və 17 fevralda Omanda və Cenevrədə dolayı danışıqlar aparıb, 26 fevralda isə Cenevrədə görüşü yekunlaşdırıblar.























































