Menu
Xəbər Lenti
Ulduz yox, meteor yağacaq
13-10-2026, 10:33

Ulduz yox, meteor yağacaq

ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

25 Sentyabr 2026 10:28Manşet / Dünya

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

 

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüder bildirib.

O həmçinin ölkədə “slim”, yəni nazik siqaretlərin satışının dayandırılmasının təklif edildiyini açıqlayıb.

Ergüder Türkiyədə siqaret satışının son illərdə artdığını da vurğulayıb. Onun sözlərinə görə, 2012-ci ildə təxminən 91 min ton və 4,5 milyard paket təşkil edən siqaret satışı 2025-ci ildə təxminən 160 min ton və 8 milyard paketə çatıb.

Xatırladaq ki, daha əvvəl Ədalət və İnkişaf Partiyasının (AKP) tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsini Böyük Millət Məclisinə təqdim edəcəyi bildirilirdi. Ümumilikdə layihə 2040-cı il yanvarın 1-dən etibarən tütün məhsullarının bazardan tamamilə çıxarılmasını hədəfləyir.