Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Məşhur arıqlama dərmanları görmə itkisinə səbəb olur?
ABŞ-də onlarla şəxs “Ozempic”, “Wegovy” və “Mounjaro” kimi məşhur arıqlama dərmanlarını istehsal edən şirkətləri məhkəməyə verib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, şikayətçilər bu şirkətlərin istehsal etdiyi məhsulların görmə qabiliyyətinin daimi itirilməsinə səbəb ola bilən nadir xəstəliyə yol açdığını iddia edirlər.
İddialarda dərmanların arteritik olmayan işemik optik neyropatiyaya (NAION) səbəb olduğu irəli sürülür. Bu göz xəstəliyi isə adekvat qan axınının qarşısını alır və görmə sinirini zədələyir ki, bu da nəticədə daimi görmə itkisinə gətirib çıxara bilər.
Pensilvaniyalı bir qadın isə şəkərə qarşı dərman qəbul etdikdən sonra görmə qabiliyyətinin zəiflədiyini iddia edib. Bundan iki həftə sonra ona NAION diaqnozu qoyulub.
Alimlər bu xəstəlik ilə arıqlama dərmanları arasındakı mümkün əlaqəni illərdir araşdırsalar da, əldə edilən nəticələr hələlik birmənalı deyil.
Bununla belə, bu məhkəmə işlərinin və sözügedən sağlamlıq riskinin yaxın 10 ildə illik satışlarının təxminən 100 milyard dollara çatacağı gözlənilən bu sənaye sahəsi üçün ciddi problem yarada bilər.
“Wegovy” və “Ozempic”in istehsalçısı olan “Novo Nordisk” şirkəti bu iddiaların əsassız olduğunu və şirkətin buna qətiyyətlə etiraz etdiyini bildirib. “Zepbound” preparatını istehsal edən “Eli Lilly” şirkəti isə potensial sağlamlıq riskləri ilə bağlı məlumatları nəzərdən keçirdiyini açıqlayıb.























































