Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Hərbçilərin maaş və pensiyaları artırılır
Azərbaycanda hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.
O bildirib ki, Azərbaycan Ordusunun maaş və pensiyalarının qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılması istiqamətində tədbirlər görülür: “Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq.
Müdafiə Nazirliyinin hərbçilərinin maaşları orta hesabla 25%-ə yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır. Müdafiə Nazirliyinin hərbçilərinin pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır.
Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu lap yerinə düşəcək”.























































