Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

22 Sentyabr 2026 09:48Manşet / Dünya

Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək

 

ABŞ-nin Yaxın Şərqdə ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək məqsədilə yeni fonda 5 milyard dollar yatırmağı təklif etdiyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) adı açıqlanmayan ABŞ və Yaxın Şərq rəsmilərinə, eləcə də, nəzərdən keçirdiyi sənədlərə əsasən məlumat yayıb.

Qeyd edilir ki, Vaşinqton Körfəzdəki enerji obyektlərinin yenidən qurulması üçün fond yaratmağı təklif edib.

Məlumata görə, fond Yaxın Şərq ölkələrinə müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək və neftlə təbii qazın daşınması üçün Hörmüz boğazından asılılığı azaltmaq məqsədi daşıyır.

Məlumatda təklifin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla, müxtəlif Yaxın Şərq ölkələri ilə müzakirə edildiyi bildirilir.

ABŞ-nin 8 Yaxın Şərq ölkəsindən öz təklifinə ekvivalent məbləğdə vəsait yatırmasını istədiyi və ümumilikdə 10 milyard dollarlıq investisiya fondu yaratmağı hədəflədiyi iddia olunur.

Vurğulanır ki, ABŞ rəsmiləri fondla bağlı müzakirələrin davam etdiyini və razılaşmanın şərtlərinin dəyişə biləcəyini bildiriblər.